Substratlar və Kölgələmə

Kokopit (20)

4880 Baxış sayı
Firma: 10000
24 AZN
  • Facebook
  • Facebook

İstixanada torpaqsız  əkin üçün istifadə edilən kokopit substratı artıq uzun illər boyu istifadə olunan və sınaqdan keşmiş aşağıdakı xüsusiyyətləri özündə birləşdirən məhsuldur. Təbii olaraq yüksək bir hava keçiriciliyi,suyun asanlıqla udulması, sabit, 100% üzvi, sıxılaraq müxtəlif formalara salına bilən işlənməsi asan, sınaqdan keçmiş, günü gündən tələbatı artan məhsuldur. Kokopit məhsulu kokos qabığından alınan və iki (pith-xırda və chips-böyük) hissədən ibarət olan bir məhsuldur. Chips bitkinin kökü üçün lazım olan hava keçiriciliyini, pith isə su keçiriciliyini təmin edir. 1 metr uzunluqda, eni və hündürlüyündən asılı olaraq müxtəlif həcmlərdə olur. Əsasən 15, 18, 20,  22, 25 litr həcmlərdə istifadə olunur lakin sifarişə əsasən fərqli həcmlərdə ola bilər.

Kokopit əkini üstünlüyü onun məhsuldarlığı torpaq əkininə nisbətən 1,5-2 dəfə artırır. Həmçinin bitki daha təhlükəsiz mühitdə yetişir. Çünki kokopit plastik torbalarda təhvil verilir və bu da öz növbəsində kokopiti ətrafdakı ziyanvericilərdən və xəstəliklərdən qoruyur.

Şirkətimiz Kokopit istehsalı sahəsində dünyanın aparıcı şirkətləri olan  Hollandiyanın Dutch Plantin və İzrailin Pelemix şirkətinin Azərbaycanda rəsmi təmsilçisidir .

Məhsul səbətə əlavə olundu
Məhsul sevimlilər siyahisina əlavə olundu